Banner

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Xəbərlər 13 Oktyabr 2025 10:06 Oxunub 338
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oktyabrın 11-də və 12-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 35, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh