Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanıldı

Xəbərlər 11 İyun 2026 12:06
Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə olun

İyunun 10-da ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 137, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

 

Oxunub : 42
ŞƏRH YAZ
Ad

E-mail

Şərh