Çovdar-Çaykənd yolunda təmir işləri nə yerdədir? - FOTO - VİDEO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Daşkəsən rayonunun respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci km-dən ayrılan Çovdar-Çaykənd avtomobil yolunun 9.7 km-lik hissəsində əsaslı təmir işləri icra olunur.
Avtosfer.az xəbər verir ki, əsaslı təmir işləri Çovdar-Çaykənd avtomobil yolunun 1-ci km-lik hissəsində, həmçinin 5-ci km-dən 15-ci km-dək olan hissəsində aparılır. Sözügedən hissələrdə köhnə, yararsız asfalt örtüklü yol vətəndaşların rahat gediş-gəlişində çətinliklər yaradırdı. Hazırda yolun IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi ilə bu problem geridə qalır.
Tikinti layihəsinə uyğun hazırda yolboyu torpaq işləri, yol yatağı və yol əsasının inşası, zəruri yerlərdə müxtəlif diametrlərə malik suötürücü boruların quraşdırılması işləri aparılır.
Layihə üzrə torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri yerinə yetirilir.
Layihənin icrası “İnşaat Norma və Qaydaları”na uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla yerinə yetirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunacaq.
Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
























