"Crocus" terrorçusu "kobud şəkildə" saxlanılmasından şikayətləndi

Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında törədilən terror aktı işi üzrə məhkum olunmuş terrorçu hüquq-mühafizə orqanları əməkdaşlarından şikayət edib.
Avtosfer.az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, söhbət iş üzrə ən gənc fiqurant olan 19 yaşlı Məhəmmədsobir Fayzovdan gedir.
Onun vəkilləri "kobud saxlanma" ilə bağlı şikayət hazırlayırlar. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onu ağacdan düşməyə razı salmaq əvəzinə, benzinlə işləyən mişarla ağacı kəsməklə səlahiyyət həddini aşıblar.
Hadisə 2024-cü il martın 23-də, terror aktından bir gün sonra baş verib. Silahlı şəxslərin olduğu avtomobili saxlamaq istəyiblər, lakin onlar dayanmaq əmrinə tabe olmayıblar. Atışmadan sonra avtomobil aşıb və terrorçuların bir qismi meşəyə qaçıb.
Fayzov təxminən 15-20 metr hündürlüyündə olan ağaca dırmaşıb. O, termal kamera ilə aşkar edilib. Nə qışqırıqlara, nə də havaya açılan atəşlərə reaksiya verib. Bundan sonra meşə gözətçisi çağırılıb və ağac kəsilib, terrorçu ağacla birlikdə yerə yıxılıb.
Yıxıldıqdan sonra Fayzov xəstəxanaya yerləşdirilib. Məhkəməyə isə onu xərəkdə gətiriblər.
Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da terror aktı baş verib. Silahlı cinayətkarlar konsert zalının qonaqlarına avtomat silahlardan atəş açıb və binanı yandırıblar. İstintaq Komitəsinin məlumatına görə, 149 nəfər ölüb, bir nəfər itkin düşmüş hesab olunur, yaralananların ümumi sayı isə 609 nəfərə çatıb. Dəyən maddi ziyan, təxminən, altı milyard rubl olaraq qiymətləndirilir.
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - FOTO
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO











