“Dağıdıcı zəlzələ olacaq?” – Qurban Yetirmişlidən 8 yanvarla bağlı AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə Azərbaycanda güclü zəlzələ olacağı ilə bağlı paylaşımlar edilir.
Özünü ekstrasens adlandıran bəzi şəxslər yanvarın 8-də dağıdıcı zəlzələnin baş verəcəyi ilə bağlı qorxunc proqnozlar verirlər. Bu fikirlər nə qədər qeyr-ciddi görünsə də, inanan insanlar da az deyil.
Bəs ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ gözlənilirmi?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, insanlar bu kimi fikirlərə aldanıb panikaya düşməməlidir:
“Mən açığı, elələrinin yazdıqlarının oxuyub vaxtımı almaq istəmirəm. Onlar hər şeyi belə bilən idilərsə, bu qədər seysmoloqun yerinə gətirib ekstrasens oturdardıq. Dünya bu ekstrasenslərin fikirləri ilə idarə olunsaydı, nə problem olardı? Hərəsi çıxıb bir nağıl danışır.
Tutar qatıq, tutmaz ayran... Ayda-ildə bir dəfə dedikləri də doğru çıxssa, deyəcəklər ki, baxın, mən demişdim, oldu. Belə şeylərə inanmaq olmaz. Hamısı boş işlərdir”.
Q.Yetirmişli yaxın zamanlar üçün Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı olmadığını deyib:
“Zəlzələ hər gün olur. Dünən 21:00-dan bu gün 09:00-dək ümumilikdə 36 təkan olub. Bu zəlzələlərin heç biri də hiss olunmayıb. Bizim apardığımız təhqiqatlara görə, güclü-dağıdıcı zəlzələ gözlənilmir. Ümumiyyətlə, yaxın zamanlar üçün də Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur”./bizim.media
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR










