Daha 5 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir - FOTO - VİDEO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Masallı rayonunda uzunluğu 23 km olan Xıl–Sirəbil–Çayqıraq–Molalan–Allahyarlı marşrutu üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.
AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, layihənin məqsədi yolboyu yaşayan əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək, yük və sərnişin daşımalarını asanlaşdırmaqdır.
Tikinti işləri layihəyə uyğun şəkildə, texnoloji ardıcıllıq və yüksək keyfiyyətlə icra olunur. Əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib. Əvvəllər yararsız asfalt, torpaq əsaslı və çınqıl örtüklü olan yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.
“İnşaat Norma və Qaydaları”na əsasən, artıq 8,2 km uzunluğundakı Xıl–Sirəbil hissəsində torpaq işləri yerinə yetirilib, suötürücü boruların quraşdırılması isə son mərhələdədir. Molalan (3,5 km) və Allahyarlı (6,4 km) hissələrində torpaq işləri, yol yatağının genişləndirilməsi və suötürücü boruların quraşdırılması başa çatıb.
Layihəyə əsasən, Molalan (2,9 km-də) və Çayqıraq (1,1 km-də) hissələrində mövcud körpülərin təmiri, Xıl–Sirəbil hissəsində isə (6,7 və 6,9 km-də) iki yeni körpünün inşası nəzərdə tutulub.
Tikintinin son mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlama xətlərinin çəkilişi aparılacaq.
Bütün işlər yekunlaşdıqdan sonra avtomobil yolu müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı























