Daha bir ekspres marşrut xətti AÇILIR

Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, AYNA-nın dəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Metronun “Elmlər Akademiyası” və “Nizami” stansiyalarıdan “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Avtobusların “Elmlər Akademiyası” metrostansiyasındakı dayanacağı Hüseyn Cavid prospekti, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.
Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












