Daha bir yerüstü piyada keçidinin inşası yekunlaşır - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha bir ərazidə - Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yerüstü piyada keçidinin inşasını yekunlaşdırmaq üzrədir.
Avtosfer.az agentliyə istinadən xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3,5, pilləkənlərin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.
İki giriş-çıxışdan ibarət olan keçiddə müasir lift sistemləri quraşdırılır, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulur. Layihə çərçivəsində yaxın günlərdə keçiddə təhlükəsizlik kameralarının quraşdırılması da nəzərdə tutulub.
Yeni yerüstü piyada keçidinin ətrafında artıq abadlaşdırılma işləri görülüb.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO















