"Daxili Qoşunların rolu" mövzusunda elmi-praktiki konfrans keçirilib - FOTO - VİDEO

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda "44 Günlük Vətən Müharibəsindən sonra daxili sabitliyin təminatında yeni model: Polisin və Daxili Qoşunların rolu" mövzusunda geniş elmi-praktiki konfrans təşkil edildi. Tədbirin keçirilməsində əsas məqsəd, Vətən Müharibəsindən sonra Azərbaycanın daxili təhlükəsizlik strategiyasının təkmilləşdirilməsi, polisin və Daxili Qoşunların üzərinə düşən yeni vəzifələrin müzakirəsi və hibrid təhdidlərə qarşı mübarizə metodlarının təhlil edilməsi olub.
Avtosfer.az xəbər verir ki, tədbirdə Polis Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Müdafiə Nazirliyinin təhsil müəsissələrinin və respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri qonaq qismində iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən Hərbi İnstitutda "Şəhidlər Abidəsi"nin önünə gül dəstələri qoyulduqdan sonra konfrans zalında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Ş. Məmmədov Zəfər Gününün ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq Azərbaycanın müstəqilliyinin qorunmasında güc strukturlarının milli maraqların təminində ön planda olduğunu qeyd edib, birgə fəaliyyət və koordinasiyanın artırılmasının vacibliyini vurğulayıb.
Elmi-praktiki konfransda "Azərbaycan Respublikasında Dövlət Suverenliyinin təmin olunmasında daxili işlər orqanlarının rolu", "Post-müharibə dövründə daxili sabitliyin qorunması: Hibrid təhdidlərə qarşı polis və Daxili Qoşunların birgə müdafiə strategiyaları", "Azərbaycan Respublikasında ictimai sabitliyin təmin edilməsində daxili işlər orqanlarının fəaliyyəti və real perspektivlər", “Hibrid təhdidlərə qarşı mübarizə və yeni təhlükəsizlik modeli” mövzuları ilə sessiyalar keçirilib.
Sonda “Şanlı zəfərimiz əbədidir” adlı film nümayiş etdirilib.
Azərbaycanlıların da olduğu gəmi vuruldu - VİDEO
Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO
Bakı Avtovağzalı iyul statistikasını açıqladı: 198 mindən çox sərnişin yola salınıb - FOTO
Bakı Qızlar Universitetinin tələbələrinin köçürüləcəyi universitetlər açıqlandı - RƏSMİ
Zakir Həsənov hərbi attaşelərlə GÖRÜŞÜB - FOTO
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO














