Daxili Qoşunlarının Hərbi İnstitutu kursant qəbulu elan edir - FOTOLAR - VİDEO

Namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı keçməyən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Avtosfer.az xəbər verir ki, sınaq və müvafiq yoxlamalardan uğurla keçən namizədlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir.
İmtahanlar test üsulu ilə 3-cü ixtisas qrupuna aid fənlər üzrə Azərbaycan və Rus dillərində keçirilir.
Kursantlar dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Tədris Azərbaycan dilində aparılır, müddət 4 ildir.
Məzunlara diplom və “leytenant” hərbi rütbəsi verilir. Onlar daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
İnstituta sənədlər 2026-cı il martın 1-dən aprelin 20-dək, iş günləri saat 10-dan 17-dək Daxili Qoşunların Baş İdarəsində qəbul olunur.
Əlavə məlumatları Daxili İşlər Nazirliyi və Daxili Qoşunlarının rəsmi internet səhifələrindən, eləcə də (012) 560-27-00, (012) 513-23-06, (012) 590-65-38 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












