“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır

N saylı hərbi hissənin Maliyyə xidmət bölməsinin mühasibi işləmiş Alı Əliyevin iki ildir davam edən məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Alı Əliyev Cinayət Məcəlləsinin hədə-qorxu tətbiq olunmaqla külli miqdarda rüşvət almaq maddəsi ilə təqsirləndirilirdi. Lakin məhkəmə həmin ittihamı əsassız hesab edib. Belə qənaətə gəlinib ki, təqsirləndirilən şəxsin əməli dələduzluq cinayətinə aiddir.
Hökmə əsasən, A.Əliyev qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluqda təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilib. Cəza müddəti 2024-cü ilin martından hesablandığı üçün o, 3 ay sonra azadlığa çıxacaq.
Qeyd edək ki, Alı Əliyev orduda “Dayı” ləqəbi ilə tanınıb.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












