DDLA ölkəmizi daha bir tədbirdə təmsil edib

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndəsi Beynəlxalq Dəniz Təşkilatının London şəhərində keçirilən Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin 84-cü sessiyasında ölkəmizi təmsil edib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Agentliyin Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov iştirak edib.
Sessiyada təşkilata üzv dövlətlərin, BMT-nin müvafiq proqramlarının, ixtisaslaşmış agentlik və qurumların nümayəndələri habelə, dövlətlərarası və qeyri-hökumət təşkilatlarından müşahidəçilər bir araya gəliblər.
Sessiya çərçivəsində havanın çirklənməsinin qarşısının alınması, gəmilərin enerji səmərəliliyi, istixana qazları emissiyalarının azaldılması, plastik tullantılarla mübarizə, gəmiçiliklə əlaqədar yaranan sualtı səs şüalanmasının azaldılması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin işçi qrupların hesabatları və iş planları müzakirə olunub. Sonda müvafiq qərarlar qəbul edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












