Dələduzluqda ittiham olunan şəxs yenidən saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə müxtəlif şəxslərin etibarından sui istifadə edərək onlara maddi ziyan vurmaqda şübhəli bilinən 38 yaşlı Nazim Həsənzadə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, N.Həsənzadə özünü vəzifəli şəxslərdən birinin qohumu kimi təqdim edərək müxtəlif məbləğlərdə pul vəsatini ələ keçirib. Bundan başqa N.Həsənzadənin şirkətlərdən birinə maddi ziyan vurduğu da məlum olub. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl işə düzəltmək adı ilə daha iki şəxsə 20000 manata yaxın maddi ziyan vurduğuna görə N.Həsənzadə barəsində cinayət işi başlanılıb. Bir müddət əvvəl isə iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












