Dəmir yollarında böyük dəyişiklik: 166 km-lik magistral xətt bərpa olunur

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin mühüm hissəsi olan Sumqayıt-Yalama dəmir yolu xəttinin modernizasiyası layihəsi çərçivəsində aparılan tikinti işləri 2025-ci ilin sonunadək tamamlanacaq.
Avtosfer.az-ın Asiya İnkişaf Bankına (ADB) istinadən verdiyi məlumata görə, birinci lot (Sumqayıt-Gilgilçay) üzrə tikinti işləri artıq 2025-ci ilin üçüncü rübündə son mərhələyə çatacaq, ikinci lot (Gilgilçay-Yalama) üzrə Rusiya sərhədinə qədər olan hissəni əhatə edən bütün əsas tədbirlərin cari ilin sonunadək başa çatdırılması gözlənilir.
"Layihənin tamamlanması daşımaların keyfiyyətini əhəmiyyətli dərəcədə artırmağa, Azərbaycanın beynəlxalq nəqliyyat axınlarında əsas həlqə kimi mövqeyini gücləndirməyə və ölkənin tranzit potensialının inkişafı üçün əlavə imkanlar yaratmağa imkan verəcək", - ADB qeyd edib.
Layihə bank və Fransa İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir və milli dəmir yolu sisteminin səmərəliliyinin, təhlükəsizliyinin və ötürücülük qabiliyyətinin artırılmasına yönəlib.
İşlərin əsas məqsədi dəmir yolu xəttinin buraxılış qabiliyyətinin artırılması, istismar xərclərinin azaldılması, həmçinin sərnişin və yük daşımalarının keyfiyyətinin yaxşılaşdırılmasıdır. Layihə yol infrastrukturunun tam yenilənməsini, körpülərin və suötürücülərin dəyişdirilməsini, piyada keçidlərinin tikilməsini və müasir təhlükəsizlik sistemlərinin tətbiqini əhatə edir.
Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün "Azərbaycan Dəmir Yolları" (ADY) QSC və ADB 131,5 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Bu layihənin ümumi dəyəri 160,5 milyon ABŞ dolları təşkil edir. Bunun da 29 milyon ABŞ dolları Azərbaycan hökuməti tərəfindən qarşılanır. Kredit ADB-nin çevik kredit məhsulu çərçivəsində müəyyən edilmiş faiz dərəcəsi ilə 2 il güzəştli dövr daxil olmaqla 22 il müddətinə veriləcək. Kredit üzrə faizlər və digər ödənişlər ildə iki dəfə: hər il 15 may və 15 noyabr tarixlərində ödənilməlidir.
Vəsait Sumqayıt-Yalama hissəsində mülki tikililər və dəmir yolu keçidləri də daxil olmaqla 166 kilometrlik ikixətli magistralın bərpasının tamamlanmasına yönəldiləcək. Bu kredit ölkədə dəmir yolu əməliyyatlarının modernləşdirilməsinə yönəlmiş və 2017-ci ildə təsdiqlənmiş Dəmir Yolu Sektorunun İnkişafı Proqramına əlavə maliyyələşdirmədir. İlkin olaraq bank ADY-yə 150 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdı.
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO










