Dəmiryolçular iməcilik keçirdilər - FOTO

13 oktyabr - Azərbaycan dəmiryolçularının peşə bayramı ilə əlaqədar Azərbaycan Dəmir Yolları (ADY) və "KPMG Azərbaycan" şirkətinin əməkdaşlarının iştirakı ilə iməcilik keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Oktyabrın 9-da Lökbatan sahəsində "Yollarımız dəmir, izlərimiz təmiz" şüarı altında təşkil olunmuş iməcilikdə zəruri sanitar ləvazimatlarla təchiz edilmiş iştirakçılar tərəfindən dəmir yolu xətləri üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantıları, o cümlədən plastik və polietilen tullantılar təmizlənib, eyni zamanda, abadlıq işləri görülüb. Toplanan tullantılar aidiyyəti üzrə təhvil verilib.
ADY və "KPMG Azərbaycan"ın 100 nəfərdən çox əməkdaşının iştirak etdiyi tədbirin əsas məqsədi ADY-nin ekoloji məsuliyyəti çərçivəsində ətraf mühitin mühafizəsini gücləndirmək, əməkdaşlar arasında ekoloji maarifləndirməni artırmaq və dəmir yollarının təmizliyini qorumaqdır.
ADY bu cür iməcilikləri keçirməklə həm dəmir yolları ətrafında yerləşən icmaların sağlamlıq və gigiyenik şəraitinin yaxşılaşmasına, həm də ekoloji mühitin qorunmasına töhfə verir.





Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












