Dəmiryolçular tətil edirlər

İtaliyada dəmir yolu nəqliyyatında birgünlük milli tətil elan olunub.
Avtosfer.az xəbər verir ki, bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə dəmiryol işçiləri tətil ediblər.
Paytaxt Romanın “Termini” stansiyasında dəmir yolu xətlərinin hərəkətində fasilələr yaranıb. Milan, Neapol, Venesiya, Piza və Triestə istiqamətində birbaşa qatarlar ləğv edilib. Paytaxtın “Fiumicino” hava limanında, Milanın “Malpensa” aeroportunda ekspress qatarların hərəkəti dayanıb. Bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub.
Tətil ölkənin digər böyük şəhərlərində də dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib.
Qeyd edək ki, bu, may ayında İtaliyada həm yerli, həm də milli miqyasda nəqliyyat sektorunda planlaşdırılan 9 tətildən biridir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












