Dənizdə ölümə səbəb olan görünməyən təhlükə – DİQQƏTLİ OLUN!

Yayın istisində sərinləmək üçün adətən dənizə üz tuturuq. Ancaq üzmək bilməyənlər və dənizi tanmayanlar üçün dəniz təhlükəyə, faciəyə çevrilir. Dənizlə bağlı bəzi məqamlar var ki, onları bilsək, həm də təhlükədən uzaq olmuş olarıq.
Avtosfer.az xəbər verir ki, dənizdə sakit və dalğasız görünən bir hissə əslində dənizin ən təhlükəli yeri ola bilər. Bu, rip axını adlanır. Dənizdə boğulmaların əsas səbəblərindən biri də budur.
Rip axını – sahildən açıq dənizə doğru hərəkət edən güclü su axınıdır. O, sanki dəniz səthində gizlənmiş bir su yolu kimi insanı içəriyə çəkir.
Rip axını ona gpörə təhlükəlidir ki, bu axın insanları saniyələr içində çəkib dənizə aparır. Həmçinin axına qarşı üzməyə çalışanda belə insan tez yorulur və boğula bilir. Hətta tez-tez təcrübəli üzgüçüləri belə çaşdırır.
Rip axını olan yeri necə tanımaq olar?
Rip axını olan yerdə su daha tünd rəngdə görünür. Həmçinin dalğalar bu hissədə qırılmır, sakit görünür. Suyun içində qum, yosun və köpüklər geri çəkilir.
Üzgüçülər, mütəxəssislər məsləhət görür ki, rip axınına düşən zaman qətiyyən axına qarşı üzmək olmaz. Mümkün qədər Sakit olub, enerjini qorumaq lazımdır. Sahilə çıxmaq üçün düzünə yox, yana – sahilə paralel üzərək axından çıxmaq lazımdır.(tribuna.info)
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












