Deputat: "Mikromobilliyin inkişafı nəqliyyat infrastrukturu üçün yeni yanaşmadır"

"Azərbaycanda mikromobillik vasitələrindən və modelindən istifadə edilməsi nəzərdə tutulur. Çünki məqsəd bu modelə transformasiyanı həyata keçirməkdən ibarətdir".
Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bununla bağlı qanunvericiliyə dəyişiklik edilib:
"Elektrik mühərriki kiçik nəqliyyat vasitələrinin, velosipedlərin, o cümlədən, digər yol istifadəçilərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanunverici baza formalaşdırılıb. Burada məqsəd nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması, eyni zamanda, mikromobil vasitələrdən istifadə olunması və onlardan istifadə edən vətəndaşlarımız üçün daha geniş imkanların yaradılmasından ibarətdir. Bu, həm fərdi, həm də ictimai nəqliyyatda diversifikasiyanın, yəni daha çox şaxələnmənin tətbiq edilməsinə, digər tərəfdən, təhlükəsiz şəkildə mikromobil vasitələrdən istifadə edən vətəndaşlarımızın hərəkətinin tənzimlənməsinə imkan yaradır".
"Ona görə də sözsüz ki, beynəlxalq praktika və xüsusən də inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək, mikromobilliyin inkişaf etməsi, bütövlükdə nəqliyyat infrastrukturu üçün Azərbaycanda yeni bir yanaşmadır. Amma sözsüz bu yanaşma birmənalı şəkildə beynəlxalq standartlar çərçivəsində həyata keçirilən islahatdır", - deyə deputat əlavə edib.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












