Deputatdan nazirlərə: "Hünəriniz var, özünüz camaatın qarşısına çıxın"

“Milli Məclisin deputatlarının səlahiyyətləri artırılmalıdır”.
Avtosfer.az “Oxu.Az”a istinadən xəbər verir ki, bu fikirləri deputat Səyyad Aran parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclası zamanı çıxışında deyib.
O bildirib ki, səlahiyyətləri çox azdır:
“Mənim səlahiyyətim olsaydı, İmişli Su və Melorasiya İdarəsinin müdiri Samir Məmmədova deyəndə ki, vətəndaşın üç oğlundan birinə iş ver, verərdi. Bizi eşitmirlər. Bəzən bizə deyirlər ki, siz yolçəkən deyilsiniz, siz xəstəxana tikdirən deyilsiniz. Siz ancaq qanunvericiliklə məşğul olmalısınız. Onda bizi ayda iki dəfə niyə rayonlara göndərirsiniz? Sənin hünərin çatır, ay nazir, nazirlər, gedin özünüz o camaatın qarşısına çıxın. Səni orda sözlə elə günə qoyacaqlar ki, adın yadından çıxacaq. O sözləri xalq bizə deyir. Çünki əlçatan bizik. Ayda iki dəfə xalqın içindəyik. Və orada da nə lazımdırsa, sözlərini deyirlər. Orada biz canımızı qoyub gəlirik. Çünki problemlərini həll eləyə bilmirik. Deyirəm ki, iki ildir sənə söz söyləmişəm, bunun uşağından birini işə götür. Yaxud da o biri su idarəsinin müdirinə söz deyirik, eşitmir. Niyə camaatın içinə göndərirsiniz ki, gedin onları dinləyin? Dinləyək, bizə deyirlər ki, iş ver. Yaxud da elə məsələlər qaldırırlar ki, baxıb görürsən ki, bu, tamamilə haqlı olan məsələdir və insan o söylədiyi problemin çıxılmazlığının içində boğulur”.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












