Deputatın oteli ilə bağlı böyük QALMAQAL

Naxçıvan şəhərində yerləşən Təbriz Hotelin 40-dan çox işçisi əməkhaqlarının gecikdirilməsindən və rəhbərliyin onlara qarşı kobud münasibətindən şikayətçidir.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, onların sözlərinə görə, hotelin hazırkı sahibi deputat Səttar Möhbalıyevdir və o, problemlərdən xəbərdar olsa da, heç bir tədbir görmür.
Hotel əvvəllər Vasif Talıbovun oğlu Seymura məxsus olub. Talıbov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra isə, otelin Səttar Möhbalıyevin nəzarətinə keçdiyi bildirilir.
Adlarının çəkilməsini istəməyən işçilər “Gündəlik Naxçıvan”a bildiriblər ki, rəhbərlik və sahibkar əməkhaqlarını vermir, haqqını tələb edənləri isə işdən çıxarmaqla hədələyir:
"İki aydır maaşımızı vermirlər. İstəyəndə “pul yoxdur” deyirlər, amma otel işləyir, qonaqlar qəbul olunur, yaxşı da qazanc əldə edirlər. Xadimələr və digər işçilər çətin vəziyyətdədir. Haqqımızı tələb edəndə isə bizi təhdid edirlər. Evə çörək aparmağa pulumuz yoxdur, bank borclarımız yığılıb. Səttar müəllim hoteldə tez-tez görünür, amma bizim onunla görüşməyimizə imkan vermirlər. O, vəziyyəti bilir, amma müdaxilə etmir”.
Hotel işçiləri Səttar Möhbalıyevə müraciət edərək maaşlarının dərhal ödənilməsini tələb edirlər.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












