“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişdi

Nazirlər Kabineti 25 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası”nda dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra humanitar məqsədlər üçün Azərbaycan ərazisinə gətirilən dərman vasitələri gömrük məntəqələrində rəsmiləşdirilərkən, həmin dərman vasitələrini gətirən ərizəçilər Nazirlər Kabinetinin razılığını gömrük orqanlarına təqdim etməlidirlər. İndiyədək Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı tələb olunurdu.
Nazirlər Kabineti həmçinin 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nda dəyişiklik edib. Ə.Əsədovun imzaladığı yeni qərara əsasən, bundan sonra mövcud tələbat nəzərə alınmaqla, humanitar yüklərin qəbul edilməsi məsələsi Nazirlər Kabinetinin razılığı əsasında rəsmiləşdiriləcək.
Həmçinin humanitar yükün Nazirlər Kabinetinin razılığında və gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğu müəyyən olunduqdan sonra həmin yük qəbul ediləcək. Yükün rəsmiləşdirilərək qəbul edilməsi, həmçinin aşkar olunan kənarlaşma və bunun səbəbləri barədə məlumatı “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nə uyğun olaraq Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinə göndərəcək. İndiyə qədər bu sənədlərə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiya baxırdı.
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir










