“Deyirdi ki, evdə hamınızı partladacağam...” - VİDEO

Goranboy rayonunun Qarasüleymanlı kəndində qayınatanın gəlinə əl qumbarası atmasının bəzi detalları məlum olub.
Avtosfer.az xəbər verir ki, 68 yaşlı Zakir Namazov rayonun Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib. Ehtimal olunur ki, həmin qumbara müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb.
Onun həyat yoldaşı Yamin Məmmədova deyir ki, ailə daxilindəki münaqişə bir ilə yaxındır ki, davam edib:
“Gəlin ona tərəf daş atdı, o da heç bilmədim nə atdı. Mən kənarda nəvəmlə dayanmışdım. Birdən tüstü qalxdı. Elə bildim ayağım yerdən üzüldü. Gördüm ki, gəlin yerə uzanıb. Yaxınlaşıb gördüm ki, damarından qan axır. Hər gecə balta, bıçaq... Bir ildir ki, bizim günümüz polislərdə keçir. O hələ deyirdi ki, evdə hamınızı partladacağam”.
Üç uşaq anası olan 38 yaşlı Vəfa Aslanovanın müalicəsi hazırda xəstəxanada davam etdirilir. Gəlinin üstünə partlayıcı maddə ataraq ona xəsarət yetirən Zakir Namazov isə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Fakla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı süjetdə:
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












