Dilan Polat yenə saxlanıldı

Türkiyəli məşhur sosial şəbəkə fenomeni Dilan Polat saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, o, ölkə prezidentini təhqir etməkdə təqsirləndirilir.
Qeyd olunur ki, Anadolu Baş Prokurorluğu tərəfindən sosial mediada yayılan bir görüntü əsasında Dilan Polat haqqında "Prezidenti təhqir etmə" ittihamı ilə araşdırma başladılıb. Aparılan istintaq tədbirləri çərçivəsində saxlanılan fenomen ifadəsinin alınması məqsədilə ədliyyə binasına aparılıb. Prokurora ifadə verdiyi vaxt səhhətində problem yaranan Polat üçün binaya tibbi yardım briqadası dəvət edilib.Xatırladaq ki, daha əvvəl Dilan Polat narkotik və ya stimullaşdırıcı maddə, çirkli pulların yuyulması ilə başladılan istintaq çərçivəsində saxlanılmışdı.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












