DİN-dən ƏMƏLİYYAT: 50 nəfər saxlanıldı

Xəbərlər 3 Sentyabr 2026 10:36
DİN-dən ƏMƏLİYYAT:  50 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə olun

Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 48 , əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh