DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var

Xəbərlər 18 Sentyabr 2026 10:18
DİN-dən ƏMƏLİYYAT:  Saxlanılanlar var
WhatsApp kanalımıza abunə olun

Sentyabrın 17-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə,  axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.    

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh