Direktorun müəllim və onun həkim atası ilə qalmaqalı - Məhkəmədə bitdi

Lənkəranda məktəb direktoru ilə müəllim arasında uzun müddətdir yaşanan qalmaqala məhkəmədə aydınlıq gətirilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mamusta kənd orta məktəbinin direktoru Yaxşıxanım Fərzullayeva məhkəməyə müraciət edərək müəllim Aynur Cəfərova və onun atası-rayonda həkim işləyən Şakir Qasımovun cəzalandırılmasını tələb edib.
Direktor iddia edib ki, müəllimlə atası feysbukda onun barəsində təhqir və böhtanlardan ibarət paylaşımlar edib. O, hər iki şəxsin Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib.
Araşdırmalar zamanı məlum olub ki, A. Cəfərova və atası sosial şəbəkədə öz adlarına olan səhifədə Y. Fərzullayeva haqqında paylaşımlar ediblər. Həmin mətnlərdə direktor barəsində “Müəllimlər Günü mənə hədiyyə yox, pul gətirin”, “saxta izahatlar alan”, “rüşvətxor”, “korrupsioner”, “saxta aktlar tərtib edən”, “dələduz” kimi ifadələr yer alıb.
Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə Aynur Cəfərova bildirib ki, Yaxşıxanım Fərzullayeva əvvəllər onun müəllimi olub. O, iş saatları ilə bağlı direktorla arasında narazılığın yarandığını bildirib. Atası Şakir Qasımov da qızının dərs saatlarının qanunsuz azaldıldığını və buna görə sosial şəbəkədə paylaşımlar etdiyini deyib. Hər iki şəxs baş verənlərə görə direktordan üzr istəyiblər.
Məhkəmə A. Cəfərovanın 1000, Ş. Qasımovun isə 1500 manat cərimə edilməsi barədə hökm çıxarıb.
Fotoda: Yaxşıxanım Fərzullayeva

Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












