DİM-dən imtahan qaydalarını pozan şəbəkənin ifşa olunması ilə bağlı AÇIQLAMA

"KİV-də imtahan prosesi qaydalarının pozulması ilə məşğul olan müəyyən şəbəkələrin ifşa olunduğuna, kimlərinsə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmalarına dair məlumatlar yayılır. Dövlət İmtahan Mərkəzi bütün imtahanlarda qaydaların pozulmasının qarşısının alınması, şəffaflıq üçün tədbirlər görür".
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
Aparat rəhbəri bildirib ki, hər imtahandan sonra qayda pozuntuları barədə ictimaiyyətə məlumatlar təqdim olunur:
"Birinci növbədə bunu abituriyentləri, valideynləri maarifləndirmək, xəbərdarlıq üçün edirik. İmtahan qaydalarını pozanlar vaxtından, yerindən asılı olmayaraq, aşkar olunduğu zaman həmin pozuntunun səviyyəsinə uyğun olaraq imtahan nəticələrinin ləğv olunmasınadək tədbirlər görülür.
Müəyyən qayda pozuntuları var ki, hüquqi məsuliyyət yaradır və ona adekvat tədbirlərin görülməsi bizdən tələb edilir".
V.Misirov vurğulayıb ki, mobil "Wi-Fi" sistemi olan qurğular, mikro-qulaqlıqlar, kameralar, mikrofonlardan istifadə edən şəxslər düşünürlər ki, bu sui-istifadə yolu ilə müəyyən bal toplaya bilərlər.
O bildirib ki, bu hallar aşkarlanıb və hüquq-mühafizə orqanlarına müraciət edilib:
"Artıq bir neçə abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb ediliblər. Bizə vacib olan məsələ bu işin təşkilatçılarıdır. Həmin şəbəkə ifşa olunub. Onlar istintaqa cəlb ediliblər. Prosesin nəticələri barədə istintaq başa çatdıqdan sonra DİM tərəfindən ətraflı məlumat veriləcək", - deyə o qeyd edib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












