DİM: I ixtisas qrupu üzrə 600 bal toplayan abituriyentlərin sayı açıqlandı

Ali təhsil müəssisələrinə qəbul imtahanında I ixtisas qrupunun RK altqrupu üzrə 336 nəfər, Rİ altqrupu üzrə 715 nəfər 600 və daha çox bal toplayıb.
Bu barədə Avtosfer.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahan nəticələrinə əsasən I ixtisas qrupunun RK altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6863, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 11 min 819 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. I ixtisas qrupunun Rİ altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6848 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.
Riyaziyyat, fizika ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6590 abituriyent iştirak edə bilər.
Kompüter elmləri ixtisası üzrə müsabiqədə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6733 abituriyent iştirak edə bilər.
Xatırladaq ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 14 min 305, rus bölməsi üzrə 860 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5220 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 20 min 385 yer ayrılıb. Bundan 15 min 199 yerə qəbul dövlət sifarişi əsasında aparılır.
I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 12 min 955 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9845, rus bölməsində 510, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2600) var. RK altqrupunda dövlət sifarişi əsasında 9199 plan yeri var.
Rİ altqrupu üzrə ümumilikdə 7430 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4460, rus bölməsində 350, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2620) mövcuddur. Rİ altqrupunda dövlət sifarişi əsasında 6000 plan yeri ayrılıb.
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO










