DİN bank kartlarından oğurluqlarla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bankı arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması təmin edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, ötən il görülən tədbirlər nəticəsində onlayn məkanda talama məqsədilə istifadə edilən şübhəli internet resurslarından 372 sayda saxta sayt, link və keçidlər müəyyən edilərək bloklanıb. Bu, bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.
Aparılan təhlillər göstərir ki, bank kartı istifadəçiləri şübhəli əməliyyatlarla rastlaşdıqda vaxt itirmədən müştərisi olduqları bankı məlumatlandırdıqları hallarda qabaqlayıcı tədbirlər effektiv olur və kartdakı vəsaitin oğurlanmasının qarşısı alınır. Bu zaman bank kartına müdaxilənin istiqaməti operativ şəkildə müəyyən edilir və risklər neytrallaşdırılır.
Daxili İşlər Nazirliyi bir daha bank kartı istifadəçilərinə tövsiyə edir ki, hər hansı şübhəli əməliyyat, naməlum link və ya saxta internet resursu ilə qarşılaşdıqları zaman dərhal müştərisi olduqları bank və polis orqanları ilə əlaqə saxlasınlar və bu cür hallara biganə yanaşmasınlar. Bu, həm şəxsi maliyyə təhlükəsizliyinin, həm də ümumi kiber təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












