DİN BNMİ 175 kq narkotik vasitəni dövriyyədən çıxardı - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin əlbəəl satışı, onlayn dövriyyəsi və narkotik tərkibli bitkiləri kultivasiya edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilmişdir.
Avtosfer.az xəbər verir ki, nəticədə mütəşəkkil dəstənin daha 12 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 175 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, 690 ədəd güclü təsiredici xassəyə malik metadon həbi və satış zamanı istifadə edilən elektron tərəzilər, bank kartları aşkar edilib.
Saxlanılanların əksəriyyəti narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini və satışını təşkil edən əsas şəxslərdən olublar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












