DİN-dən əməliyyat: Həbs edilənlər var - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçiriblər.
Avtosfer.az xəbər verir ki, tədbirlər zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamik Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əsgərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar. Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













