DİN-dən ƏMƏLİYYAT: 72 kiloqram narkotik dövriyyədən çıxarıldı - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotiklərin ölkəyə qeyri-leqal yollarla gətirildiyi və satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sabunçu və Nizami rayonları ərazisində həyata keçirilən növbəti xüsusi tədbir nəticəsində narkoşəbəkənin əsas üzvləri - əvvəllər məhkum edilmiş 40 yaşlı Alim Xəlilov və 33 yaşlı Əfqan Dünyamalıyev tutulublar. Onların üzərinə və avtomobilə baxış keçirilən zaman 72 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, A.Xəlilov və Ə.Dünyamalıyev narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəbəkənin əsas üzvlərindən olublar.
Həmin şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə ayrı-ayrı ünvanlara çatdırmaq üçün əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














