DİN-in Hərbi İnstitutunda kursantların andiçmə mərasimi keçirildi - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda kursantların hərbi andiçmə mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni ifa edilib.
Daxili qoşunların komandanının müavini general-mayor İnqilab Muradov tədbir iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrik və tövsiyələrini şəxsi heyətə çatdırıb.
Qeyd olunub ki, Daxili Qoşunların döyüş yolu, tarixi əməliyyatlarda iştirakı, şəxsi heyətin xüsusi qəhrəmanlıqları və vətən müdafiəsində verdikləri töhfələr dövlətimizin tarixində şərəfli səhifələrdən biridir.
Hərbi İnstitutun rektoru general-mayor Elçin Məmmədov çıxış edərək müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə bağlı tələblərin, əmr və göstərişlərin bundan sonra da yüksək səviyyədə yerinə yetiriləcəyini vurğulayıb.
Daha sonra kursantlar Vətənə sədaqət andı içiblər.
Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















