DİN qadınlara qarşı zorakılıq halları barədə konfrans keçirdi - FOTO - VİDEO

İyunun 20-də Daxili İşlər Nazirliyi tərəfindən “Qadınlara qarşı zorakılıq hallarının, ailə-məişət zəminində törədilən cinayətlərin qarşısının alınması mövzusunda konfrans keçirilib.
Avtosfer.az xəbər verir ki, konfransda Nazirliyin və müxtəlif dövlət qurumlarının əməkdaşları, eləcə də QHT nümayəndələri iştirak ediblər.
Konfrans zamanı ailə münaqişəsi, həmçinin məişət zorakılığı ilə bağlı polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşıldığı, cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində Nazirlik tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlərin görüldüyü, proqramların qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Çıxışçılar Nazirliyin “102” Xidməti-Zəng Mərkəzi, elektron poçt ünvanı, “Qaynar xətt” kimi sistemlərinin, “E-polis” mobil tətbiqi və DİN-in sosial şəbəkə hesablarının qadınlara qarşı zorakılıqla müşayiət olunan cinayətlərin qarşısının vaxtında alınmasına, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlərin görülməsinə xidmət etdiyini və ötən dövr ərzində bu istiqamətdə effektiv nəticələrin əldə olunduğunu bildiriblər.
Qeyd olunub ki, Nazirlik tərəfindən ailə-məişət zəminində zorakılıq hallarına qarşı fəaliyyətin məqsədyönlü təşkili, o cümlədən işin aidiyyəti dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə koordinasiyalı qurulması, ictimaiyyətlə polis orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, davamlı məlumat mübadiləsinin aparılması daim diqqətdə saxlanılır.
Sonda konfrans iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















