DİN qanunsuz saxlanılan silah-sursat aşkarladı
Xəbərlər
24 İyun 2025 14:23
Oxunub 376

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 6 qumbara, 7 tüfəng, 4 patron darağı və 584 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













