Dostu 132 minini ələ keçirmişdi - Hökmü görmədən vəfat etdi

Külli miqdarda dələduzluqda təqsirləndirilən 1962-ci il təvəllüdlü Nəsir Əliyevin məhkəməsi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Bildirilib ki, əvvəllər “makler” kimi fəaliyyət göstərmiş N.Əliyev Əli adlı həmkarı ilə yanacaq satışı biznesinə başlayıb. Bu məqsədlə o, Əli vasitəsilə neftayırma zavodundan uzun müddət ərzində yanacaq götürərək Tərtər, Yevlax, Bərdə və digər rayonlardakı kiçik məntəqələrə satıb. Lakin Nəsir əldə edilən puldan Əliyə çatmalı olan 132 min manatı verməyərək ələ keçirib.
Məhkəmədə qeyd edilib ki, məsələ ilə bağlı cinayət işinin açılmasından sonra Əli vəfat edib. Onu məhkəmədə həyat yoldaşı təmsil edib. Mərhumun xanımı bildirib ki, Nəsir ilk vaxtlardan ərinin ona olan etimadından sui-istifadə edərək dələduzluq əməlləri törədib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsir Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirli bilinib. Ona 5 il 6 ay həbs cəzası verilib.(Qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












