Dövlət bağçasında AYLIQ ÖDƏNİŞ TƏLƏBİ: Valideynlərdən 80 manat istəyirlər - İDDİA

Dövlət bağçalarından birində valideynlərdən aylıq ödəniş və əlavə xərclər tələb olunduğu iddia edilib.
Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, valideyn 82 saylı uşaq bağçasında uşağın bağçaya qəbulu zamanı onlara aylıq 80 manat ödəniş etməli olduqları və məbləğin hər ayın 1-dən 10-dək ödənilməli olduğu bildirilib.
"Biz sənədləri verməyə gedəndə dedilər ki, aylıq 80 manat ödəyəcəksiniz. Bundan əlavə, təmizlik vasitələri və digər ləvazimatlar da alınmalıdır. Hədiyyələr və sair xərclər də tələb olunur", - deyə müraciətdə qeyd olunub.
Şikayətçi dövlət bağçalarında bu cür aylıq ödənişlərin hansı əsasla tələb olunduğuna aydınlıq gətirilməsi üçün aidiyyəti qurumun "WhatsApp" nömrəsinə məlumat verdiyini, lakin bununla bağlı hər hansı nəticə olmadığını bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxtdakı 82 nömrəli uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı araşdırma aparılır.
"Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır.
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir", - deyə məlumatda bildirilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












