Dövlət qurumlarının 168 nəqliyyat vasitəsi satışa çıxarıldı

Azərbaycanın müxtəlif dövlət qurumlarının balansında olan ümumilikdə 168 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.
Avtosfer.az xəbər verir ki, siyahıda həm minik avtomobilləri, həm yük maşınları, həm də avtobuslar yer alır.
Qurumlar üzrə bölgü belədir:
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları – 10 avtomobil
Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 1 avtomobil (HOWO yük maşını)
Dövlət Təhlükəsizliyi Xidməti – 3 avtomobil (Nissan Maxima, Nissan X-Trail, Land Rover LR3)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Yerüstü Nəqliyyat Agentliyi) – 18 avtobus (əsasən DAEWOO BC212MA)
Müdafiə Nazirliyi – 143 avtomobil və qoşqu (əsas hissəni QAZ, KamAZ, UAZ markalı yük maşınları təşkil edir)
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi – 1 avtomobil (Mitsubishi L200)
Ən aşağı start qiyməti isə Daxili Qoşunlara məxsus QAZ-3307 yük avtomobili üçün cəmi 1300 manat müəyyən edilib. Bu kateqoriyadan bir neçə yük maşını hərraca çıxarılır.
Siyahıya əsasən ən bahalı nəqliyyat vasitəsi Müdafiə Nazirliyinin balansında olan UAZ-31512 markalı avtomobildir. Onun start qiyməti 102 900 manatdır. Qeyd edək ki, bu qiymət siyahıdakı bütün avtobus, yük və minik maşınlarından daha yüksəkdir. İkinci yerdə isə Yerüstü Nəqliyyat Agentliyinin DAEWOO BC212MA avtobusu 97 350 manat start qiyməti ilə gəlir.
Qeyd edək ki, hərrac noyabr ayının 18-i saat 10:00-da baş tutacaq.(Valyuta.az)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












