Dövlət qurumunun avtomobil parkına daha bir Çin modeli daxil edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində Avtomobil Yollarının Mühafizə Xidmətinin istifadəsinə Çin istehsallı daha bir model xidməti avtomobillər verilib.
Avtosfer.az xəbər verir ki, qurumun xidməti avtomobil parkına “Changan Qiyuan Q05” markalı (Offroader / SUV) avtomobilləri də daxil edilib.
Qeyd edək ki, Avtomobil Yollarının Mühafizə Xidmətinin istifadəsinə bundan əvvəl isə Çin istehsallı “BYD” markalı avtomobillər verilib.
Avtomobil Yollarının Mühafizə Xidməti Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edən publik hüquqi şəxs kimi müəyyən olunub. Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.(İqtisadiyyat.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












