Dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb - DSX

Ötən il Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədini pozduqlarına görə 516, sərhəd rejimini pozduqlarına görə 1226, axtarışda olan 3 min 922, saxta sənədlərlə 108, özgəsinə məxsus sənədlə 8, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 6 nəfərin saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.
Qeyd edilib ki, terrorçuluğa qarşı aparılan mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 6 nəfər saxlanılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla 8, qeyri-qanuni miqrasiya ilə 12 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
İl ərzində DSX-nin struktur qurumları tərəfindən, həmçinin digər hüquq-mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitə, 78 min 457 ədəd psixotrop tərkibli və güclü təsiredici həb, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 24 ton 585 kiloqram narkotik xassəli bitki isə məhv edilib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












