Dövlət standartları var, amma tikinti şirkətləri buna niyə əməl etmir? – SƏBƏBLƏR - FOTO

Son illər paytaxt Bakıda və iri şəhərlərdə yeni çoxmərtəbəli binaların tikintisi intensiv şəkildə davam edir. Demək olar ki, hər kvartalda ya tikintisi başa çatan, ya da hələ davam edən yaşayış binalarına rast gəlinir. Tikinti şirkətləri yaşayış sahələrinin satışını ön plana çıxarsa da həmin binaların ətrafında infrastruktur məsələləri – xüsusilə də park yerləri – ya nəzərə alınmır, ya da çox məhdud şəkildə reallaşdırılır.
Avtosfer.az xəbər verir ki, bir çox yeni binalarda sakinlər avtomobillərini küçələrdə, bəzən isə tamamilə qadağan olunmuş yerlərdə saxlamağa məcbur qalır. Bu isə tıxacların və narazılıqların artmasına səbəb olur. Problemin kökündə isə tikinti zamanı minimum standartların belə gözlənilməməsi və şəhər planlaşdırılmasının real ehtiyaclara uyğun aparılmaması dayanır.
Mütəxəssislər bildirirlər ki, hər bir yeni yaşayış binası üçün müəyyən sayda yeraltı və ya yerüstü avtodayanacaq nəzərdə tutulmalıdır. Lakin bir çox hallarda ya bu tikilmir, ya da yalnız kommersiya məqsədilə istifadə ediləcək park yerləri yaradılır.
Maraqlıdır: sürətlə genişlənən şəhərlərdə nəqliyyat və infrastruktur yükü bu cür laqeydliklə necə qarşılanacaq?
Bəs niyə park yerləri planlara daxil edilmir və bu məsuliyyətsizlik qarşısında şəhər planlaması nəzarətdən çıxır?
Mövzu ilə bağlı Milli Məcilisin deputatı Azər Badamov saytımıza açıqlamasında bildirib ki, Bakıda tikilən yeni binalar şəhərə müasirlik və gözəllik gətirməklə yanaşı müəyyən problemlər də gətirir:

“Binaların tikilməsində müəyyən tələblərin olmasına baxmmayaraq, bəzi binaların altında parkinq –duracaq yerləri inşa olunmur. Bu da binalarda yaşayan sakinləri avtomobillərini park etmək yerləri ilə bağlı çətinliklə üzləşdirlrir. Düzdür, standartlar və tələblər var, amma bəzi hallarda müəyyən tikinti şirkətləri həmin standartlardan yayınmağa çalışır. Bu da sonradan müəyyən çətinliklərin meydana gəlməsinə yol açır”.
Deputat əlavə olaraq qeyd edib ki, ona görə də tikinti sektorunda nəzarətin gücləndirlməsinə ehtiyac olduğunu hesab edirəm:
“Yəni tikilən bütün binalar standartlara, tələblərə, şəhərin arxitekturasına və Baş planına uyğun inşa olunmalıdır”.
Əmlak eksperti Elnur Azadovun fikrincə, park əraziləri ilə bağlı ümumi mənzərəyə baxdıqda görünür ki, planda kifayət qədər boş sahələr nəzərdə tutulub:

“Hətta bəzi hallarda dövlət hesabına sökülmüş və bu məqsədlə ayrılmış ərazilər də mövcuddur. Məsələn, Bakıdakı keçmiş “Sovetski” ərazisi və onun ətrafında müəyyən sahələr planlı şəkildə park və istirahət zonaları üçün ayrılıb.
Həmin sahələr ictimai istifadəyə açıq, sakinlərin istirahəti və avtomobillərin rahat yerləşdirilməsi üçün nəzərdə tutulmuşdu”.
Ekspert əlavə edib ki, problem park ərazilərinin ümumiyyətlə olmamasında deyil, onların təyinatı üzrə istifadəsində və bu prosesə nəzarətin zəif olmasındadır:
“Əgər mövcud planlara əməl olunsa və qeyri-qanuni tikintilərə qarşı ciddi tədbirlər görülsə, nə park əraziləri, nə də avtomobillər üçün dayanacaq problemi ortaya çıxmaz”.

Eltac Zülfüqaroğlu
Bakıda avtobus sürücüsü DÖYÜLDÜ - VİDEO
İşıqfor olan küçəyə şlaqbaum qoydular - VİDEO
Əhmədlidə çay evində YANĞIN - VİDEO
Bu rayonun iki ildir icra başçısı yoxdur – SƏBƏB
ADY dəmir yolunun təhlükəsizlik zonasında mühafizəni gücləndirəcək - FOTO
Azərbaycanlıların da olduğu gəmi vuruldu - VİDEO
Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO
Bakı Avtovağzalı iyul statistikasını açıqladı: 198 mindən çox sərnişin yola salınıb - FOTO
Bakı Qızlar Universitetinin tələbələrinin köçürüləcəyi universitetlər açıqlandı - RƏSMİ
Zakir Həsənov hərbi attaşelərlə GÖRÜŞÜB - FOTO
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT










