Döyüş yoldaşını öldürməyə cəhd edən qaziyə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində döyüş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Vətən müharibəsi qazısı Orxan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.Hüseynov 10 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il Masazır qəsəbəsində baş verib. Müharibə veteranı Orxan Hüseynov döyüş yoldaşı Orxan İmanovu qısqanclıq zəminində bıçaqlayıb. O, Orxan İmanovun guya onun həyat yoldaşı ilə sevgili olduğunu zənn edib və bu məqsədlə Orxanı öldürməyə qərar verib. Müharibədə psixoloji travmalar alan Orxan Hüseynov Orxan İmanovun evinə gələrək onu həyətə çağırıb. Həyətdə söhbət zamanı mübahisə yaranıb. Nəticədə O.Hüseynov O.İmanovu həyat yoldaşı və azyaşlı uşağının gözü qarşısında bıçaqlayıb. Hadisə zamanı O. İmanov 9 bıçaq zərbəsi alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən O.Hüseynov saxlanılıb.(oxu.az)
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO











