DTX kriminal şəbəkənin rəhbərini həbs etdi - FOTO - YENİLƏNİB

Dünən Azərbaycanda saxlanılan “Barış Boyun” cinayətkar qruplaşmasının liderlərindən olan Mehmet Recep Demirlə bağlı təfərrüatlar üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, Türkiyədə “Barış Boyun” silahlı cinayətkar dəstəsinin rəhbər şəxslərindən biri hesab edilən Mehmet Recep Demirin İstanbulda iş adamına qarşı sui-qəsd planının təşkilində iştirak etdiyi məlum olub.
Məlumata görə, Mehmet Recep Demir və cinayətkar dəstənin digər rəhbər şəxsi Mirhan Aygün valyutadəyişmə məntəqəsinin sahibi Mustafa Akın öldürülməsini planlaşdırmaqda ittiham olunurlar.
İstintaq materiallarına əsasən, Mehmet Recep Demir 2024-cü il fevralın 5-də Mustafa Akın İstanbulun Bakırköy rayonundakı “Balkon Cafe”də olduğunu öyrənib. Bundan sonra o, Mirhan Aygün vasitəsilə muzdlu qatillərə avtomobil və silah göndərilməsini təşkil edib.

Həmin gün saat 23:10-da kafeyə silahlı hücum həyata keçirilib. Lakin Mustafa Ak hadisədən bir qədər əvvəl məkanı tərk edib. Atəş nəticəsində kafedə olan Muhammet Çakmakçı ağır yaralanaraq bir gözünü itirib.
İstintaqın məlumatına görə, silahlı hücuma səbəb Mustafa Akın 9 milyon avroluq borc mübahisəsi olub.
İstanbul Baş Prokurorluğunun hazırladığı 1121 səhifəlik ittiham aktında Mehmet Recep Demir cinayətkar təşkilatın rəhbər şəxslərindən biri kimi göstərilib.
Mehmet Recep Demir və digər rəhbər şəxslər barəsində cinayət törətmək məqsədilə təşkilat yaratma, silahlı cinayətkar dəstəyə üzv olma, əvvəlcədən planlaşdırılmış qəsdən adam öldürməyə cəhd, silahlı hücum, ağırlaşdırıcı hallarda soyğunçuluq, hədə-qorxu, rəsmi sənədlərin saxtalaşdırılması, qanunsuz silah saxlama və digər maddələrlə ittihamlar irəli sürülüb.
Prokurorluq Mehmet Recep Demirin də daxil olduğu təqsirləndirilən şəxslərin hər biri üçün ittihamların məcmusuna əsasən 613 ildən 2967 ilədək həbs cəzası tələb edir.
Qeyd edək ki, barəsində 48 tutulma qərarı olduğu bildirilən Mehmet Recep Demir Azərbaycanda dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə həbs edilib. Türkiyə tərəfi onun ekstradisiyası üçün rəsmi müraciət ünvanlayıb.
***23:18, 12 noyabr
Türkiyədə silahlı cinayətkar qruplaşmaya qarşı aparılan istintaq çərçivəsində "Barış Boyun Cinayət Təşkilatı"nın rəhbərlərindən biri kimi müəyyən edilən Mehmet Recep Demir Azərbaycanda saxlanılıb.
Avtosfer.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Demir barəsində ümumilikdə 48 axtarış qərarı çıxarılıb.
Demir Azərbaycanda dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs edilib.
Bundan sonra Türkiyə Baş Prokurorluğu Demirin Türkiyəyə ekstradisiyası üçün Azərbaycanın məhkəmə orqanlarına sorğu göndərib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS













