DTX-nin həbs etdiyi haker məlumatları bu qiymətə satırmış... - Yeni faktlar

"ZeroMap” MMC-nin yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyevin məhkəmə araşdırması davam edir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs vəkilin və hakimin suallarını cavablandırıb.
İstintaq zamanı Turalın evindən götürülən noutbukda ziyanverici proqramlara qanunsuz daxil olduğu, həmçinin kiberhücumlar təşkil etdiyi təsdiq edilib. O, həmçinin məsafədən gizli danışıqların qanunsuz əldə edilməsi üçün zəruri tədbirlər görüb.
Aşkar edilmiş fayllar arasında fişinq kodlar da var. Bundan əlavə Tural ABŞ, İsrail və başqa ölkələrin şirkətlərinin serverlərinə daxil olmaqla bağlı teleqramda danışıqlar aparıb.
Təqsirləndirilən şəxs bütün bunları xarici şirkətlərdə nüfuz qazanması, həmçinin işlədiyi yerdə özünü sübut etməsi üçün etdiyini deyir:
“Mənim maddi gəlir əldə etmək məqsədim olmayıb. Xarici şirkətlərə özümü göstərmək üçün edirdim. Azərbaycandakı fəaliyyətimi isə dövlət üçün etmişəm. Hazırladığım proqramı istifadə etmək üçün dövlətə təqdim etmək niyyətində idim”.
Turan ifadəsində qeyd edib ki, zərərverici proqramları “İdrak” şirkətinin prezidenti, “Zeromap” MMC-nin təsisçisi Hikmət Abdullayevin razılığı ilə hazırlayıb.
O, həmçinin kibercinayətkar qruplarla əlaqə saxlayaraq ABŞ-dəki şirkətlərdən birinin məlumatlarını əldə edərək 500 dollara, Argentinadakı şirkətin məlumatlarını isə 350 dollara satıb. Təqsirləndirilən şəxs bu epizod üzrə özünü belə müdafiə etməyə çalışıb ki, xarici şirkətlərin təhlükəsizliyini yoxlamaq üçün belə addım atıb.
Məhkəməyə sədrlik edən hakim Rəşad Cavadzadə müttəhimin dediklərini başadüşülən hesab etməyib:
“Sənə nə düşüb ki, gedib Amerika şirkətinin təhlükəsizliyini yoxlayırdın? Camaatın məlumatlarını alıb başqasına satmısan. Belə güclü ekspert idinsə, xarici şirkətlərdən biri ilə müqavilə bağlayıb, sonra onları yoxlayardın. Deyirsən, bunu guya dövlət üçün etmisən. Dövlətə bunun nə xeyri var?! Əksinə ziyanı var. Xarici ölkələr müraciət edirlər ki, sizin vətəndaş bizim şirkətə kibermüdaxilə edir”.
Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.
Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB










