DTX son rəqəmləri açıqladı: 327 itkinin kimliyi müəyyən edildi

Azərbaycanda İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib.
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, bu günədək aparılan axtarış və identifikasiya işləri nəticəsində 893 nəfərə aid insan qalıqları aşkar edilərək ekshumasiya olunub:
"Onlardan 327 nəfərin şəxsiyyəti DNT və məhkəmə-tibb ekspertizası vasitəsilə müəyyən edilib, 226 nəfərin qalıqları isə ailələrinə təhvil verilərək dəfn olunub".
Hazırda 3 683 nəfər hələ də itkin hesab olunur.
O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib.
Ş.Həsənov bildirib ki, toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir.
General əlavə edib ki, Azərbaycanda Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar qeydiyyata alınmış itkin düşmüş şəxslərin ümumi sayı 4 010 nəfər təşkil edir.
Onun sözlərinə görə, onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə İkinci Qarabağ müharibəsində itkin düşüb:
"İtkin düşənlərin 3 222-si hərbçi, 782-si isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 yaşlı şəxs var".(Report)
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










