Dünya Bankından ADY-yə TÖVSİYYƏ

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) əsas əlaqələndirici elementi kimi strateji cəhətdən əhəmiyyətli funksiya yerinə yetirir, lakin tarif siyasəti və korporativ idarəetmə üzrə dəyişikliklərin davam etdirilməsinə ehtiyac duyur.
Bu barədə Avtosfer.az Dünya Bankının "İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası" adlı hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, ölkənin dəmir yolu şəbəkəsinin ümumi uzunluğu 2,1 min km-ə çatır, yük daşımalarının illik həcmi isə təxminən 18,5 milyon ton təşkil edir.
Dünya Bankı ADY-yə beynəlxalq yükgöndərənlər üçün daha çox şəffaflığı təmin edəcək faktiki xərclərə (cost-to-serve) əsaslanan tarif formalaşdırılması modelinə keçidi həyata keçirməyi tövsiyə edir. Bundan əlavə, hərəkət heyətinin və infrastruktur obyektlərinin modernləşdirilməsinə özəl investisiyaların cəlb edilməsi üçün kommersiya maliyyələşdirilməsi alətlərinin tətbiq edilməsi, həmçinin kommersiya və sosial daşımaları dəqiq şəkildə fərqləndirmək məqsədilə ictimai öhdəliklərin icrasına (PSO) dair dövlətlə uzunmüddətli müqavilələrin imzalanması təklif olunur.
Logistika proseslərinin təkmilləşdirilməsi və yük axınlarının bir hissəsinin Orta Dəhliz çərçivəsində dəmir yolu və səmərəli dəniz nəqliyyatına yönləndirilməsi 2040-cı ilə qədər regionda yük daşımalarından meydana gələn istixana qazı tullantılarının həcmini 3,2 % azaltmağa imkan verəcək.
Bununla yanaşı, hesabat müəllifləri dəhlizin infrastrukturunun əhəmiyyətli dərəcədə torpaq sürüşmələri, anomal istilər kimi iqlim təhdidlərinə və təbii fəlakətlərə məruz qaldığına diqqət çəkirlər. Dünya Bankının hesablamalarına görə, hava və ya texniki səbəblərdən Aktau limanının fəaliyyətinin potensial olaraq beş gün dayanması regionun ev təsərrüfatları və müəssisələri üçün milyonlarla dollarla ölçülən birbaşa və dolayısı itkilərə səbəb ola bilər.
"Bununla əlaqədar olaraq, dəhlizin bütün yeni layihələri iqlim dayanıqlılığı standartları nəzərə alınmaqla həyata keçirilməlidir", - məlumatda qeyd olunub. (report)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












