Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Avtosfer.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və firavanlıq arzulayıram".
Bundan başqa, İsveçin Kralı XVI Karl Qustav da dövlətimizin başçısına təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".
Koreya Respublikasının Prezidenti Li Cemyön də Azərbaycan Prezidentini təbrik edib.
Təbrik məktubunda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Koreya Respublikasının Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Koreya ilə Azərbaycanın sarsılmaz dostluğa və dərin etimada əsaslanan əməkdaşlıq münasibətlərinin davamlı şəkildə inkişafını olduqca önəmli hesab edirəm.
Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə və müxtəlif sahələrdə sıx mübadilələr vasitəsilə əməkdaşlığımızın üfüqlərinin genişlənəcəyinə ümidvaram.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq, xalqınıza xoşbəxtlik arzulayıram".
***16:06
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Avtosfer.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Möhtərəm Prezident, əziz Qardaşım.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da çox inkişaf və firavanlıq arzu edirəm".
Bundan başqa, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi də dövlətimizin başçısına təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Bu əlamətdar günü Sizinlə birlikdə qeyd edərkən, Misir və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Eyni zamanda, dost xalqlarımızın mənafeyinə uyğun olaraq ortaq maraq doğuran müxtəlif sahələrdə əlaqələrimizin daha da dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində Sizinlə sıx əməkdaşlıq etməyə sadiq qaldığımı bir daha təsdiqləyirəm.
Hörmətli cənab Prezident, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".
Çex Respublikasının Prezidenti Petr Pavel də Azərbaycan Prezidentini təbrik edib.
Təbrik məktubunda deyilir:
"İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırım.
Çex Respublikası Azərbaycan Respublikası ilə münasibətlərini yüksək qiymətləndirir və əməkdaşlığı daha da möhkəmləndirməkdə maraqlı olduğunu bir daha təsdiqləyir. Ölkələrimiz arasında enerji, sənaye, ticarət, investisiya, elm və təhsil sahələrində davamlı inkişaf edən əlaqələri yüksək qiymətləndiririk və tərəfdaşlığımızın hər iki ölkə üçün faydalı olacağına əminik. Biz, həmçinin Azərbaycanın daha geniş regionda sabitliyə və əməkdaşlığa töhfə verən tərəfdaş kimi mühüm rolunu yüksək dəyərləndiririk.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".
Eyni zamanda, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç də Prezident İlham Əliyevə təbrik məktubu göndərib:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. Əminəm ki, dost ölkələrimizin münasibətlərinin inkişafı və yeni istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı fəaliyyətimiz davam edəcəkdir. Hər iki ölkənin iqtisadi imkanları əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün stimul ola bilər.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Mərakeşin Kralı VI Məhəmməd də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə böyük məmnunluq hissi ilə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulayıram.
Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı sıx münasibətlərə çox böyük dəyər verirəm.
Əməkdaşlığımız onu dərinləşdirmək və qardaş ölkələrimizin vətəndaşlarının istəklərinə uyğun olan xüsusi tərəfdaşlıq qurmaq əzmimizlə daha da möhkəmlənir".
İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ










