DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT

Məktəb və universitetlərin qarşısında, xüsusilə dərsə başlama və dərsdən çıxma saatlarında avtomobillərin nizamsız saxlanılması, ikinci və üçüncü sırada parklanma, eləcə də geriyə hərəkət etmə halları yollarda sıxlığın yaranmasına səbəb olur. Bu vəziyyət həm sürücülər, həm də piyadalar üçün əlavə çətinliklər yaradır.
Avtosfer.az xəbər verir ki, təhsil müəssisələrinin ətrafında nəqliyyat sıxlığının azaldılması, yol hərəkətinin təhlükəsiz təşkili və parklanma qaydalarına nəzarətin gücləndirilməsi məsələsi müzakirə olunur. Bəs bu ərazilərdə hansı tədbirlər görülməlidir və dərs saatlarına uyğun xüsusi hərəkət sxemlərinin tətbiqi problemi həll edə bilərmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Avtosfer.az-a açıqlamasında bildirib ki, bütün universitetlərin qarşısında yol hərəkəti və parklanma qaydaları tənzimlənib:

“Bakı Dövlət İnşaat və Memarlıq Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali təhsil müəssisələrinin ətrafında da müvafiq təşkilati tədbirlər görülüb:
Təbii ki, geriyə hərəkət etmək, qanunsuz parklanma və digər bu kimi hallar qayda pozuntusudur. Həmin ərazilərdə sutka ərzində işləyən kameralar vasitəsilə qayda pozuntuları qeydə alınır. Bununla belə, bəzi ərazilərdə ikinci və üçüncü sırada parklanma hallarına rast gəlinir. Bu isə yolun bağlanmasına və hərəkətin məhdudlaşmasına səbəb olur. Ərazilərdə kameralar quraşdırılsa da, bəzən onların əhatə dairəsindən kənarda qalan qayda pozuntuları qeydə alınmır. Kameraların baxış bucağına düşməyən hallarda pozuntuların aşkarlanması çətinləşir. Buna görə də həmin ərazilərdə nəzarətin gücləndirilməsinə və kameraların fəaliyyətinin daha effektiv təşkilinə ehtiyac var".
Fatimə
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












