"Əbu-Dabi görüşü Zəngəzur dəhlizinin realizəsi üçün də təkan ola bilər" - Deputat

Məlum olduğu kimi, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında 5 saat çəkən görüş keçirilib. Görüşdən sonra verilən açıqlamalara görə, liderlər arasında görüş konstruktiv atmosferdə keçib. Görüşdə sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, bir neçə gün öncə cənab İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa təbrik məktubu ünvanlamışdı:
"Bildirmişdi ki, "Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır". Dövlət başçısı bu sırada iqtisadi-ticarət, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensialı xüsusi vurğulamışdı. Əlbəttə, bu gün nəqliyyat-kommunikasiya sahəsində transmilli tərəfdaşlıqdan söhbət gedirsə, heç şübhəsiz, Zəngəzur dəhlizi bu mövzunun mərkəzində yer almalıdır".
Millət vəkilinin sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan-Ermənistan normallaşma prosesində gündəmdə olan mövzulardan biri də məhz Zəngəzur dəhlizidir.
"Sirr deyil ki, qazanılan hərbi-siyasi zəfərlər Azərbaycana Zəngəzur dəhlizini təkbaşına realizə etməyə güc və imkan verib. Lakin ölkəmizi regionun kommunikasiya habına çevirmiş cənab İlham Əliyev Zəngəzur dəhlizinə bizim mənafelərimizə xidmət etməklə bərabər, həm də qlobal strateji maraqların uzlaşdığı və əməkdaşlıq mühitini ehtiva edən layihə kimi baxır. Bu mənada, ABŞ və Rusiya başda olmaqla, sağlam və bərabərhüquqlu tərəfdaşlıq niyyətində olan hər kəsin prosesə töhfəsi və Azərbaycanın maraqlarına xələl gətirmədən layihədən faydalanması arzuolunandır. İndiki halda Azərbaycan regionun qütblərarası ziddiyyətin kəsişmə nöqtəsinə çevrilməsini arzulamır və əksinə Zəngəzur dəhlizi layihəsinə həm Bakı-İrəvan normallaşma prosesi çərçivəsində etimad mühitinin yaradılması, həm də qlobal zəmində ayırıcı xətlərin dərinləşməməsi fürsəti kimi yanaşır. Əbu-Dabi görüşünün ardınca Azərbaycan və Ermənistan arasında dialoqda ümidverici mənzərənin formalaşması, heç şübhəsiz ki, kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin realizəsi üçün də təkan ola bilər", - deyə Bəhruz Məhərrəmov bildirdi.(redaktor.az)
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir









