Əbülfəz Babayevə qarşı 2,5 milyonluq işdə adı keçənlər - Azadlığa buraxıldı

"Olympus Şirkətlər Qrupu”nun rəhbəri Əbülfəz Babayevin 2 milyon yarım manatını ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilib. Ə.Babayevlə təqsirləndirilən şəxslər arasında barışıq əldə olunub.
Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası zərərçəkmişə dəymiş ziyanın ödənilməsini yumşaldıcı hal kimi nəzərə alıb. Bu səbəbdən müttəhimlərin həbsdə qalmalarına zərurət görünməyib.
Hökmə əsasən, Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovaya sınaq müddəti seçilməklə şərti cəza verilib. Onlar hər biri məhkəmə zalıdan azadlığa buraxılıblar.
Qeyd edək ki, Əliyar Abbasovun rəhbərlik etdiyi dəstə üzvləri polis tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlar iş adamı Əbülfəz Babayevin 2 milyon 550 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndiriliblər. İstintaq materiallarında yazılıbr ki, Əliyar Abbasov ARB Televiziyasının binasını atasının əmlakı kimi təqdim edərək Əbülfəz Babayevə satmağa söz verib. Ondan 100 min manat beh alıb. O, sonradan qohum və tanışlarını cinayətkar iş birliyinə cəlb etməklə zərərçəkmişin xüsusilə külli miqdarda pulunu ələ keçirib.
Əbülfəz Babayev Bakı-Şamaxı yolunda “Lukoyl” yanacaqdoldurma məntəqələrinin sahibi, həmçinin bir çox tikinti layihələrində təsis payı olan şəxs kimi tanınır.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












